Avtomobil sığortası 13 faiz azalıb

Avtomobil sığortası 13 faiz azalıb
20:48 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

2016-cı ilin noyabr ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 64 961 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.

Publika.az İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, 2015-ci ilin noybar ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 12,1%, sığorta haqlarının məbləğində isə 14,5% azalma baş verib.

Noyabr ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin sentyabr ayı ilə müqayisədə 2,5% azalaraq 80.3 manat olub.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/178300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR