Play Store

Lerikin 50-dək yaşayış məntəqəsi işıqsız qaldı

Lerikin 50-dək yaşayış məntəqəsi işıqsız qaldı
20:57 2 Dekabr 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağlıq Lerik rayonunda güclü külək əsib.

Milli.Az xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-ya verdiyi məlumata görə, külək günorta saatlarından başlayıb və axşam daha da güclənib. Nəticədə rayonun yüksək gərginlikli Şingədulan ərazi elektrik paylayıcı xəttində 4 dayağın  aşması ilə bir sıra yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda ümumilikdə rayonun 50-dək kəndi işıqsız qalıb. 

İcra rəsmisinin sözlərinə görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində rayonun müvafiq qurumları tərəfindən tədbirlər görülür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/495284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR