İlin ən yaxşı futbolçusu adına üç namizəd

İlin ən yaxşı futbolçusu adına üç namizəd
21:04 2 Dekabr 2016
131 Digər
Ölkə mətbuatı
A- A+

2016-cı ilin ən yaxşı futbolçusu adına namizədlər siyasında argentinalı Lionel Messi, portuqaliyalı Kriştianu Ronaldu və fransız Antuan Qrizmannın adları yer alıb.

 

Oxu.Az-ın məlumatına görə, bu barədə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) saytında məlumat verilir.

 

Qalibin adı yanvarın 9-da İsveçrənin Sürix şəhərində keçiriləcək mərasimdə açıqlanacaq.

 

Lionel Messi ötən mövsüm “Barselona”nın heyətində İspaniya kubokunun sahibi olub. Argentinalı hücumçu həmçinin milli komanda ilə Amerika kubokunun finalına qədər irəliləyib. Finalda Argentina yığması Çiliyə məğlub olub.

 

“Real”ın hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının qalibidir. Turninin finalında “kral” klubu Qrizmannın çıxış etdiyi “Atletiko”dan üstün olub. Kriştianu həmçinin Portuqaliyanın heyətində Avropa çempionatının qalibi olub. Pireney təmsilçisi finalda meydan sahibi Fransa yığmasına qalib gəlib.

 

Qrizmann isə Avropa çempionatının bombardiri okimi yadda qalıb, lakin hücumçu bu mövsüm heç bir kubok qazanmayıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR