Kerri Romada və Lavrovla görüşdü

Kerri Romada və Lavrovla görüşdü
21:05 2 Dekabr 2016
56 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyanın paytaxtında  "Roma dialoqu" konfransı çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş olub.

Milli.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Elizabet Trüdo bildirib.

Onun sözlərinə görə söhbət zamanı tərəflər Suriya, Liviya və Yəməndəki vəziyyəti müzakirə ediblər.

"Dövlət katibi Suriyadakı vəziyyət, xüsusilə Hələbdə mülki vətəndaşlara davam edən hücumlarla bağlı narahatlığını bildirib. Tərəflər hərbi əməliyyatların dayandırılması ilə əlaqədar səylərin artırılması, humanitar yardımın əhaliyə çatdırılması və siyasi keçidin perspektivlərini müzakirə ediblər. Dövlət katibi Liviyadakı vəziyyətə toxunaraq, ABŞ-ın  ölkədəki Milli Barışıq Hökumətinə dəstək verdiyini vurğulayıb. Söhbət zamanı, həmçinin Yəməndəki vəziyyətə dair fikir mübadiləsi aparılıb", - deyə E.Trüdo qeyd edib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR