ABŞ Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edib

ABŞ Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edib
21:47 2 Dekabr 2016
67 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ maliyyə nazirliyinin məlumatında bildirilir.
 
Sanksiyalara məruz qalan hüquqi və fiziki şəxslər Şimali Koreya hökuməti və ölkənin atom proqramı ilə əlaqəsi  olanlardır. Onların arasında müəssisə rəhbərləri, ticarət korporasiyası və atom sənayesi nazirliyinin nümayəndələri də var.
 
Sanksiya siyahısına həmçinin sənaye və inşaat korporasiyaları, "Air Koryo" aviaşirkəti, "Koryo Bank" daxil olmaqla bir neçə maliyyə və sığorta şirkətləri salınıb.
 
Qeyd edək ki, dekabrın 1-də BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar Şimali Koreyanın sentyabrda həyata keçirdiyi sayca beşinci nüvə sınağı ilə əlaqədar tətbiq edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR