Hokinq Yer kürəsində ən təhlükəli vaxtın başladığını bəyan edib

Hokinq Yer kürəsində ən təhlükəli vaxtın başladığını bəyan edib
22:05 2 Dekabr 2016
239 Maraqlı
Ölkə mətbuatı
A- A+

Britaniyalı fizik Stiven Hokinq hesab edir ki, "Yer kürəsində ən təhlükəli dövr" başlayıb.

Oxu.az lenta.ru-ya istinadən xəbər verir ki, alimin müvafiq fikirlərini The Guardian nəşri dərc edib.

Hokinq oxucuların diqqətini elit təbəqə (əsasən siyasətçilər) ilə orta və fəhlə təbəqəsi arasında artan fərqə yönəldir. Onun fikrincə, istehsalın robotlaşdırılması cəmiyyətin müxtəlif qrupları arasında anlaşılmazlıqlar yaradır. 

"İnternet və platformalar bir qrup insana çox az sayda işçi qüvvəsi ilə böyük gəlir əldə etməyə kömək edir. Bu qaçılmazdır, bu tərəqqidir, lakin bu həmçinin də sosial bərabərsizlikdi", - alim yazır.

Hokinqin sözlərinə görə, ABŞ-da prezident seçkiləri və Böyük Britaniyada "Brexit"in nəticələri bəzi insanların müasir cəmiyyətin dəyişiklərini qəbul etməməsinin nəticəsidir:

"Mən hiss edirəm ki, mənim fil sümüyündən olan qülləm daha da yüksəlir", - alim yazır.

Hokinq hesab edir ki, sadalanan problemləri bütün ölkələrin və сəmiyyətin bütün təbəqələrinin birgə səyləri ilə həll etmək olar. 

"Ehtimal var ki, bir neçə yüz il ərzində biz digər ulduzlarda insanların koloniyalarını təşkil edəcəyik, lakin indi bizim bir planetimiz var, və biz onu müdafiə etmək üçün hamımız birlikdə çalışmalıyıq. Bunu etmək üçün biz ölkələr arasında və hər bir ölkənin daxilində divarları sökməliyik", -  Hokinq qeyd edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/495294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR