Sevgilisinə 21 milyon avroluq hədiyyə - FOTO

Sevgilisinə 21 milyon avroluq hədiyyə - FOTO
22:05 2 Dekabr 2016
154 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Fiat" şirkətinin qurucusu olan Agnelli ailəsinin varisi, həmçinin, İtaliyanın məşhur "Yuventus" klubunun sahibi Andrea Agnelli sevgilisi Deniz Akalına 21 milyon avroluq malikanə hədiyyə edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ev İtaliyanın Como gölü sahilində yerləşir. Model sevgilisi Denizin hamilə olduğunu öyrənincə ona bu hədiyyəni verən iş adamı: "Həyatımın eşqi ilə bundan sonra vaxtımın çox hissənini Comoda keçirəcəm", - deyib.

Qeyd edək ki, Andrea 10 il evli olduğu Emma Vinterdən türk modelə görə ayrılıb.

Maraqlısı budur ki, D.Akalının əri Françesko Kalvo "Yuventus" klubunda sponsor əlaqələrinə məsul şəxs, həmçinin, Agnellinin də yaxın dostu olub. Kalvo dostunun xəyanətini öyrəndikdən sonra klubdan 2 milyon avro təzminatını alaraq "Barselona" klubuna transfer olub.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/495083.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR