Özil: "Bəzən "Real"da keçirdiyim günlərə görə darıxıram"

Özil: "Bəzən "Real"da keçirdiyim günlərə görə darıxıram"
22:17 2 Dekabr 2016
73 İdman
Ölkə mətbuatı
A- A+

"Marca" bir neçə gün öncə Anhel Di Maria və Mesut Özilin "Real Madrid"ə qayıtmaq istədiyi barədə məlumat yaymışdı. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Özil sözügedən idman nəşrinə açıqlamasında bu ehtimalı istisna etməyib.

"Əlbəttə, Madriddə keçirdiyim günləri unutmuram. 3 il keçib və bəzən düşünəndə həmin günlər üçün darıxıram. Geri dönmək? Baxarıq. Zidan həmişə mənim kumirim olub. Uşaqlıqdan ona bənzəməyə çalışmışam. "Real" böyük klubdur. Orda gözəl futbolçularla birgə oynamışam. "Real" azarkeşləri sadiqdir. İndi də məni dəstəkləyirlər. Amma "Arsenal"ın təklifini qəbul edib Londona gəldiyimə peşman deyiləm. Burda futbolçu və şəxsiyyət kimi artdım".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/495173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR