"Barselona"nın əfsanəvi kapitanı Xavi "Qızıl top"a real namizədlər barədə fikir bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, veteran yarımmüdafiəçi son mövsümdə komanda və klub səviyyəsində qazanılan mükafatlara görə Ronaldunu şanslı görüb.
"Qazanılan titulları nəzərə alsaq, "Qızıl top" mübarizəsində favorit Kriştianu Ronaldudur. Dünyanın ən yaxşı futbolçusundan söhbət gedirsə, şübhəsiz, Messidən başqası ağıla gəlmir".
Xavinin sentyabrda bu məzmunda açıqlaması portuqaliyalı ulduzu qıcıqlandırmışdı. "Mən populyar futbolçuyam. Xavi mənim haqqımda danışanda diqqəti özünə cəlb etməyə çalışır" - Ronaldu qarşı tərəfə reaksiya vermişdi. Xavi belə qiyabi "söz savaşı"a münasibət bildirib.
"Onunla problemsiz danışardım. Kimliyindən asılı olmayaq, hər kəsə hörmətlə yanaşmağa çalışıram".
Milli.Az