Azərbaycan prezidenti: "Bəziləri bazar iqtisadiyyatının hər şeyi özü tənzimləyəcəyini hesab edirdi"

Azərbaycan prezidenti: "Bəziləri bazar iqtisadiyyatının hər şeyi özü tənzimləyəcəyini hesab edirdi"
22:22 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ "Bəziləri hesab edirdilər ki, bazar iqtisadiyyatı hər şeyi özü tənzimləyəcək. Amma belə deyil".
"Report" xəbər verir ki, bunu Zərdabda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Prezident İlham Əliyev deyib.
"Əvvəllər Zərdabda baramaçılığın böyük ənənələri olub. Sonra bu ənənələr itib. Nəyə görə? Çünki dövlət lazımi səviyyədə diqqət göstərmirdi. Bəziləri hesab edirdilər ki, bazar iqtisadiyyatı hər şeyi özü tənzimləyəcək. Amma belə deyil. Görəndə ki, biz bu sahəni itiririk, dərhal tədbirlər görüldü, altı tona yaxın barama tədarük edildi, yüzlərlə insan yaxşı pul qazandı. Bəzi ailələr 30-40 gün ərzində böyük məbləğdə pul qazanırlar. Gələn il 15 ton barama tədarük ediləcək. İndi xaricdən tinglər gətirilir, biz onları alırıq. Yaxşı yarpaq verən, xüsusi növ ağaclar gətirilir ki, baramaçılıq kütləvi xarakter alsın. Hər cür imkanı, həyətyanı sahəsi, torpağı olan vətəndaşa məsləhət görürəm ki, baramaçılıqla məşğul olsun. Çünki qısa müddət ərzində, o qədər də böyük əziyyət çəkmədən yaxşı pul qazanacaqlar. Dövlət də onu alacaq. İndi Şəki ipək kombinatı işləyir, biz onu işə salmışıq. Artıq biz ipəkçiliyi də bərpa edirik".

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-prezidenti-bezileri-bazar-iqtisadiyyatinin-her-seyi-ozu-tenzimleyeceyini-hesab-edirdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR