TÜKÜRPƏDƏN STATİSTİKA - Azı 350 uşaq zorlanıb!

TÜKÜRPƏDƏN STATİSTİKA - Azı 350 uşaq zorlanıb!
22:38 2 Dekabr 2016
156 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərə futbolu yeni qalmaqalla çalxalanır.

Publika.az xəbər verir ki, İngiltərənin futbol klublarının aşağı yaş qruplarında ən azı 350 uşağın zorlamaya məruz qaldığı bildirilir. Bu barədə məlumatı Böyük Britaniyanın polis rəislərinin Milli Şurası yayıb.

Şuradan bildirilib ki, onlar İngiltərə Futbol Assosiasiyası ilə birgə araşdırmaları davam etdirirlər. Şura indiyə qədər zorakılığa məruz qalmış uşaqların onlara müraciət etməsini xahiş edib.

Ötən həftə İngiltərə Futbol Assosiasiyası ölkə klublarının aşağı yaş qruplarında uşaqbazlıq hallarının olması ilə bağlı araşdırmaya başlamışdı. Assosiasiya bu araşdırmaya zorakılığa məruz qalmış 20 uşağın müraciətindən sonra başlayıb. Onlar məşqçiləri tərəfindən zorlandıqlarını iddia edirlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/178316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR