Leyla Əliyeva kitab təqdimatında - fotolar

Leyla Əliyeva kitab təqdimatında - fotolar
23:01 2 Dekabr 2016
53 Şou
Ölkə mətbuatı
A- A+

İçərişəhərdəki "Art Garden" sərgi salonunda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə azərbaycanlı kulinar, yazıçı və fotoqraf Stalik Xankişiyevin "Kazan, kulinarnıy samouçitel" və "Plov, kulinarnoye issledovaniye" kitablarının təqdimatı keçirilib.

Axşam.az-ın Trend-ə istinadən məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Təqdimat mərasimində çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, bu tədbir çox əlamətdar bir gündə keçirilir. Belə ki, bu günlərdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən "Lavaş, katırma, jupka, yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Təqdimat mərasimi musiqili proqramla başa çatıb.






Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62332

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR