"Neftin ucuzlaşması ABŞ iqtisadiyyatı üçün faydalıdır"

"Neftin ucuzlaşması ABŞ iqtisadiyyatı üçün faydalıdır"
10:57 6 Yanvar 2015
148 Dünya
Ölkə mətbuatı
A- A+

Barak Obama administrasiyası neftin ucuzlaşmasının ölkə iqtisadiyyatı üçün faydalı olduğunu açıqlayıb
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib ki, amerikalı istehlakçılar bu məsələdə uduşdadır.

Belə ki, ölkədə benzin ucuzlaşıb, avtomobil satışı isə artıb. ABŞ-ın böyük hissəsində bir qallon (3,7 litr) benzinin qiyməti 2 dollardan aşağı düşüb.

Daha öncə Nyu-York Federal Ehtiyat Bankının rəhbəri Uilyam Dadli də neftin qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəyini bəyan etmişdi.

Qeyd edək ki, hazırda Brent markalı neftin qiyməti 53 dollardır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR