Burak getdi, Kənan isə imtina etdi - FOTO

Burak getdi, Kənan isə imtina etdi - FOTO
23:17 2 Dekabr 2016
187 Maraqlı
Ölkə mətbuatı
A- A+

Aktyor Burak Özçivit müğənni dostu Uğur Aslanın konsertinə gedib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, məkandan çıxarkən aktyor kədərli halda jurnalistlərə "Dostlar, məlum hadisələr səbəbi ilə kədərliyəm. Allah övladlarını itirən ailələrə səbr versin. Bəd xəbərlər üst-üstə gəldi. Erdal qardaşımızı da (Erdal Tosun-red.) itirdik, məkanı cənnət olsun" deyib.

Fanatları onunla selfi çəkdirmək istəsə də, Burak bu istəyi rədd edərək oradan uzaqlaşıb.

Konsertə gəlməyə hazırlaşan Kənan İmirzalıoğlu isə E.Tosunun ölümünə görə konsert məkanındakı yerini ləğv etdirib və belə bir gündə konsertə gələ bilməyəcəyini deyib.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/495094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR