ABŞ Rusiya ilə hərbi əməkdaşlığı qadağan edən sənəd qəbul edib

ABŞ Rusiya ilə hərbi əməkdaşlığı qadağan edən sənəd qəbul edib
23:22 2 Dekabr 2016
90 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ ABŞ Konqresinin Nümayəndələr Palatası hərbi məsələlərdə Rusiya ilə əməkdaşlığı məhdudlaşdıran müdafiə büdcəsini qəbul edib.
"Report" xəbər verir ki, sənəd Moskva Ukrayna ərazilərinin işğalına son qoymayınca və Ukrayna və NATO ölkələrinin suverenliyi və ərazi bütövlüyü üçün təhlükə yaradan təcavüzkar fəaliyyətindən əl çəkməyincə, həmçinin Minsk sazişlərinə əməl etməyə başlamayınca, Rusiya ilə hərbi əməkdaşlığa vəsait ayırmağı qadağan edir.
Qadağa Əfqanıstanda logistika sahəsində əməkdaşlığa aid deyil. Sənəd 34 nəfər əleyhinə olmaqla 375 səslə qəbul edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-rusiya-ile-herbi-emekdasligi-qadagan-eden-sened-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR