Obama İrana qarşı sanksiyaların uzadılmasına dair qanunu imzalayacaq

Obama İrana qarşı sanksiyaların uzadılmasına dair qanunu imzalayacaq
23:27 2 Dekabr 2016
77 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama Konqresin hər iki palatasının İrana qarşı qəbul etdiyi sanksiyaların 10 il uzadılmasına dair qanunu imzalayacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin nümayəndəsi Erik Şults bəyan edib.
 
"Prezidentin bu qanunu imzalayacağı gözlənilir. Biz hesab etmirik ki, bu İranın nüvə proqramına dair hərtərəfli sazişin gerçəkləşməsinə maneə ola bilər", deyə E.Şults vurğulayıb.
 
Bundan əvvəl İran xarici işlər nazirliyi sanksiyaların uzadılmasını nüvə proqramı üzrə sazişə zidd olduğunu bildirib.
 
Qeyd edək ki, 1996-cı ildə İranın nüvə proqramına qarşı qəbul edilən qanunun icrasının müddəti bu ilin dekabrında bitir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495324.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR