Naftalanda bir ailənin 6 üzvü zəhərlənib

Naftalanda bir ailənin 6 üzvü zəhərlənib
00:27 3 Dekabr 2016
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Naftalan rayonun Qaşaltı kəndində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə gecə saatlarında kombi sistemində yaranan nasazlıqdan zirzəmiyə qazın dolması nəticəsində baş verib.
Hadisə nəticəsində 56 yaşlı Ümidvar Bədəlov, 48 yaşlı İlhamə İsgəndərova, 22 yaşlı Aytən Bədəlova, 25 yaşlı Lalə, onun həmyaşıdı Elşən və 23 yaşlı Elçin Məmmədzadələrin səhətində narahatlıq yaradıb. Zərərçəkənlər dərhal Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Ailə üzvlərinə ilkin tibbi yardım göstərilib.
Xəstəxananın həkimi Şubay Hacıyevin "Report"a verdiyi məlumata görə, Qaşaltı sakinlərinin səhhəti normaldır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/naftalanda-bir-ailenin-6-uzvu-zeherlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR