Kanadalı tələbələrin Qarabağ münaqişəsi ilə bağlı hazırladıqları sülh planları ətrafında müzakirələr aparılıb

Kanadalı tələbələrin Qarabağ münaqişəsi ilə bağlı hazırladıqları sülh planları ətrafında müzakirələr aparılıb
01:27 3 Dekabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Dekabrın 1-də Azərbaycanın Kanadadakı Səfirliyinin Birinci katibi Arif Məmmədov Ottava Universitetinin tələbələri qarşısında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çıxış edib.
Diplomatik nümayəndəlikdən "Report"a verilən məlumata görə, çıxış 2016-cı ilin payız semestrində Ottava Universiteti Sosial Elmlər Fakültəsi tərəfindən təşkil edilən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dərs proqramı çərçivəsində baş tutub.
Bu proqram çərçivəsində Arif Məmmədov 2016-cı il sentyabrın 22-də kanadalı tələbələrə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, cəbhə xəttindəki hazırkı durum və münaqişənin həlli məsələsində Azərbaycanın mövqeyi ilə bağlı təqdimat keçirib.
Budəfəki çıxış zamanı kanadalı tələbələrin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hazırladıqları sülh planları ətrafında müzakirələr aparılıb. Vurğulamaq lazımdır ki, tələbələrin tərtib etdiyi bütün sülh planları yenilənmiş Madrid prinsipləri əsasında hazırlanıb. Çıxışı zamanı Arif Məmmədov sözügedən planların Azərbaycanın mövqeyinə uyğun olub-olmaması barədə şərhlər verib, eləcə də Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ardıcıllığı, “Laçın dəhlizi” və yenilənmiş Madrid prinsiplərinin digər məqamları üzrə Azərbaycanın mövqeyinə aydınlıq gətirib.
Sonda tələbələrin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı sualları cavablandırılıb.



Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/kanadali-telebelerin-qarabag-munaqisesi-ile-bagli-hazirladiqlari-sulh-planlari-etrafinda-muzakirele

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR