Cənubi Koreya parlamentinə prezidentin impiçmenti barədə qətnamə daxil edilib

Cənubi Koreya parlamentinə prezidentin impiçmenti barədə qətnamə daxil edilib
03:22 3 Dekabr 2016
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Cənubi Koreyanın müxalifət partiyası prezident Pak Kın Xenin impiçmenti haqqında qətnamə layihəsini parlamentin gündəliyinə daxil edib.
"Report" "Renxap"a istinadən xəbər verir ki, bu məsələ ilə bağlı səsvermə dekabrın 9-da baş tuta bilər.
Sənədi 171 deputat təsdiq edib. Onların sırasına bütün 3 müxalifət partiyasının qanunvericiləri, eləcə də parlament spikeri istisna olmaqla, müstəqil deputatlar daxildir.
Pak Kın Xe rəfiqəsi Çxve Sun Silin korrusiya işlərində iştirak etməkdə ittiham olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cenubi-koreya-parlamentine-prezidentin-impicmenti-barede-qetname-daxil-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR