ABŞ-ın şəhər merləri miqrantların müdafiəsinə qalxdı

ABŞ-ın şəhər merləri miqrantların müdafiəsinə qalxdı
03:54 3 Dekabr 2016
69 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın bir sıra şəhər rəhbəri miqrantların ölkədən deportasiya edilməsinin əleyhinə çıxış edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Mexikoda keçirilən konfransda Feniks, Sietl, Vaşinqton şəhərinin merləri, həmçinin Nyu-York merinin müavini yeni seçilən prezidenti Donald Trampın deportasiya planlarına qarşı çıxıblar.

 

“Bəzi insanlar miqrantları deportasiya etmək fikrindədirlər, lakin biz bunu etməyəcəyik”, deyə Feniks şəhərinin meri Qreq Stenton bildirib.

 

Qeyd edək ki, Donald Tramp üç milyonadək qeyri-qanuni mühacirin ABŞ-dan deportasiya ediləcəyini bildirib, miqrantların qarşısının alınması üçün ABŞ-Meksika sərhəddində divar çəkilməsinin zəruriliyini vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261327

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR