Tramp telefonla danışdı, qalmaqal yaratdı

Tramp telefonla danışdı, qalmaqal yaratdı
04:54 3 Dekabr 2016
114 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Tayvan administrasiyasının rəhbəri ilə telefon danışığını Ağ Evlə razılaşdırmayıb. Ağ Evin qənaətinə görə, bu, rəsmi Vaşinqtonla Pekin arasında münasibətlərə xələl gətirə bilər.

 

APA-nın xəbərinə görə, bu barədə “The New York Times” qəzeti yazıb.

 

Qəzet xatırladır ki, 1979-cu ildən etibarən ABŞ-ın fəaliyyətdə olan və yaxud yeni seçilən prezidenti Tayvan rəhbərləri ilə ünsiyyət qurmayıb.

 

Qeyd edək ki, bundan əvvəl Donald Tramp və Tayvan administrasiyasının rəhbəri Tsay İnven arasında telefon danışığının baş tutduğu barədə məlumat yayılıb. Məlumata görə, söhbət zamanı tərəflər ABŞ-la Tayvan arasında siyasi, iqtisadi və təhlükəsizlik sahəsində sıx əlaqələrin mövcudluğunu vurğulayıblar. Rəsmi Pekin bununla bağlı hələ ki, heç bir açıqlama verməyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261330

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR