ABŞ-da meşə yanğınları - 13 ölü

ABŞ-da meşə yanğınları - 13 ölü
05:53 3 Dekabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Tenessi ştatında baş verən meşə yanğınları zamanı ölənlərin sayı 13 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 11 nəfərin öldüyü bildirilirdi.

Təbii fəlakət nəticəsində 1000-dək yaşayış evi məhv edilib, 14 min nəfər təxliyə olunub. Tennessi ştatının qubernatoru Bill Heslem bölgədə fövqəladə vəziyyət rejimi elan edib. Qeyd edək ki, son bir neçə həftə ərzində irimiqyaslı meşə yanğınları Tennessi, Corciya və Şimali Karolina ştatlarında tüğyan edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/178333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR