Tramp qalamaqal yaradan telefon danışığından yazdı

Tramp qalamaqal yaradan telefon danışığından yazdı
06:09 3 Dekabr 2016
81 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Tayvan administrasiyasının rəhbəri Tsay İnven ilə apardığı telefon danışığından yazıb.

 

APA-nın xəbərinə görə, bu barədə D.Tramp özünün “Tvitter” səhifəsində yazıb.

 

“Bu gün Tayvan prezidenti xanım İnven zəng edərək qələbə  münasibəti ilə məni təbrik etdi. Təşəkkür edirəm!”, Tramp qeyd edib.

 

“The New York Times” qəzetinin məlumatına görə Donald Tramp Tayvan administrasiyasının rəhbəri ilə telefon danışığını Ağ Evlə razılaşdırmayıb.

 

“Bu, rəsmi Vaşinqtonla Pekin arasında münasibətlərə xələl gətirə bilər”, qəzetə Obama administrasiyasındakı mənbə bildirib. Qəzet xatırladır ki, 1979-cu ildən etibarən ABŞ-ın fəaliyyətdə olan və yaxud yeni seçilən prezidenti Tayvan rəhbərləri ilə ünsiyyət qurmayıb.

 

CNN telekanalının xəbərinə görə, rəsmi Pekin adıçəkilən telefon danışığı ilə əlaqədar artıq Vaşinqtonla əlaqə saxlayıb. Bu məlumatlar hələ ki, öz rəsmi təsdiqini tapmayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261331

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR