Selanik piroqu

Selanik piroqu
07:05 3 Dekabr 2016
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az Selanik piroqunun hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

6 yumurta
1 st. narın suxarı
 0,5 st. kakao
1 paket vanil
2 paket qabartma tozu
mixək
1 ç.q. darçın
0,5 portağalın sedrası 
1 fincan portağal şirəsi
1 st. şəkər tozu
1 st. qoz 

şərbət: 

1 st. su
1 st. şəkər tozu
2-3 damcı limon şirəsi 

Öncə şərbəti hazırlayın. Su ilə şəkər tozunu əriyənədək qaynadın. Ocaqdan götürməzdən əvvəl limon şirəsini əlavə edib 1-2 buğum qaynadın. 

Yumurtaları çalıb suxarını əlavə edin. Kakao, vanil, qabartma tozu, mixək, darçın, portağalın sürtgəcdən keçirilmiş qabığı, portağal şirəsi və şəkər tozunu əlavə edərək qarışdırın. Yağlanmış formaya tökün. Üzərinə iri döyülmüş qoz səpin. 
190 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Bişib-bişmədiyini çöplə yoxlayın. Sonra sobadan çıxarıb isti şərbəti üzərinə gəzdirin. 

Nuş olsun!

resept: "Sofra" dərgisi

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/495271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR