Hərəkətlə enerji yığır

Hərəkətlə enerji yığır
07:32 3 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

"HandEnergy" yığcam akkumulyatoru xüsusi əl hərəkətlərinin köməyi ilə enerji toplayır və mobil qurğuların enerji ilə doldurulmasında istifadə edilə bilər.

"HandEnergy" akkumulyatoru kürə formasındadır və ona əlin dairəvi hərəkəti ilə işə düşən rotor qurulub. Akkumulyatorun tutumu 1000 milliamper/saat təşkil edir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, mobil qurğuların enerji ilə doldurulması üçün istənilən "USB" kabelini cihaza qoşmaq olar. Rotorun köməyi ilə enerjinin yaradılması prosesi ləngdir - kiçik akkumulyatorun enerji toplaması üçün təxminən 1 saatlıq fırlanma tələb olunur.  Ona görə "HandEnergy" akkumulyatoru yalnız gün ərzində mobil qurğunun şarjının səviyyəsinin saxlanılmasına kömək edəcək.

"HandEnergy" akkumulyatorunun istehsalı üçün "Kickstarter" saytında pul toplanılması üzrə kampaniya başladılıb. Akkumulyatorun ilkin sifariş üzrə qiyməti 69 avrodur və çatdırılma 2017-ci ilin mayına planlaşdırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/495188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR