Qəmdən nicat verən zikr

Qəmdən nicat verən zikr
08:17 3 Dekabr 2016
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Ayətullah Cavad Amuli buyurur ki, günah və bəla təhlükəsindən uzaq olmaq - zikrin bərəkətlərindəndir. Yunisiyyə zikri elə bir zikirdir ki, Quran onu bizlərə tanıtmışdır. Allah buyurur ki, əgər qəmgin insan bu zikrlə məşğul olarsa, Bizdən bir şey istəməzdən əvvəl biz qəmini aradan qaldırarıq.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər insan qəm balığı tərəfindən udulubsa, onun çıxış yolu bu zikrə pənah aparmaqdır. Əgər Allaha söykənsən və Ona etimad etsən, həll olmayan heç bir çətinliyin qalmaz. Allah ilə hər bir mümkünsüz mümkün olar. Nümunəsi Həzrət Yunusdur (ə) Əgər insan bir balıq tərəfindən udularsa və onun qarnında uzun müddət qalarsa, şübhəsiz ki, ölər. Ancaq Həzrət Yunus (ə) Allaha pənah aparır və Ona təvəkkül edir. Ona görə də mümkünsüzü mümkün edir.
Allah Təala buyurur ki, sizin başınıza gələn hər bir çətinliyin həlli vardır. Yolu da budur ki, tək olan Allaha iman bəsləyəsəniz və günahınızı etiraf edəsiniz. Çətinliyinizin həll yolunu da Ondan istəyəsiniz. Allah bizlərə bu gözəl zikri Yunusun (ə) dastanı vasitəsilə tanıdır:"Və Zənnunu (balina yoldaşı Yunus ibn Mətanı) - onun qəzəbli halda (qövmünün arasından çıxıb) getdiyi zamanı (da yada sal)! O, Bizim onu heç vaxt sıxıntıya salmayacağımızı güman etdi. Amma (iş o yerə çatdı ki, o, üç zülmət - gecənin, dənizin dibinin və balığın qarnının) qaranlıqlar(ı) içində səsləndi: "(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam"". ("Ənbiya" 87).
Allah Təala bizlərə öyrədir ki, əgər hər bir halda Məni yada salsanız, Mən də sizi yada salaram. "Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım". ("Bəqərə" 152).
Allah Təala başqa bir ayədə buyurur ki, Məni yada salsanız hər bir xətərdən uzaq olarsınız. "Buna görə də əgər o, (həm həyatı boyu, həm də balığın qarnında) Allahı zikr edərək, pak sifətlərlə mədh edənlərdən olmasaydı, mütləq (insanların qəbirlərdən)qaldırılacaqları günə kimi həmin balığın qarnında qalardı". ("Saffat" 143-144).
Allah Təala buyurur ki, o, təsbih əhli olduğu üçün nicat tapdı. Məni zikr etməsi ona nicat verdi. Əgər insan Yunisiyyə zikri ilə məşğul olarsa, Allah onun qəmini aradan aparar və hacətini yerinə yetirər.
O kəslər ki, hal əhlidir ki, bu zikri yaxşı tanıyırlar. Onlar bu zikri hər gün 400 dəfə səcdədə və ya qeyri-səcdədə deyərlər. Hər nə qədər çox olarsa, təsiri də bir o qədər çox olar.
Həzrət Yunus (ə) balıq tərəfindən udulandan sonra başa düşür ki, səhv yolu seçmişdir və doğru yol bu, deyildir. Ona görə də bu səhvini Allaha etiraf edir. Nalə və zar etməyə başlayır və deyir ki, mən səhv etmişəm və özümə zülm etmişəm. Tövbə edir və Allah da tövbəsini qəbul edir.
Həzrət Peyğəmbər (s) buyurur: "O giriftar olan ki, bu dua ilə dua edər, məgər o halda ki, yerinə yetirər".
Bu zikrin böyük bərəkətləri vardır ki, hər zaman və məkanda təsir edə bilir. Lakin səcdədə onu demək xüsusi fəzilətə malikdir. لَّا إِلَهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّی كُنتُ مِنَ الظَّالِمِینَ"
("Lə iləhə illə ənt. Subhənəkə inni kuntu minəz-zalimin")

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495200.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR