Bir sıra məşhur futbolçu vergidən yayınır - SİYAHI

Bir sıra məşhur futbolçu vergidən yayınır - SİYAHI
08:52 3 Dekabr 2016
65 İdman
Ölkə mətbuatı
A- A+

Bir sıra məşhur futbolçu vergidən yayınmaqda şübhəli bilinir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri yazıb.
 
Məlumata görə, Almaniya yığmasının yarımmüdafiəçisi  Məsut Özil, Portuqaliya millisinin müdafiəçiləri Pepe və Rikardu Karvalyu, məşhur kolumbiyalılar Hames Rodriqes və Radamel Falkao vergidən yayınmaqda şübhəli bilinirlər.
 
Qeyd olunur ki, Özildən başqa adıçəkilən futbolçular tanınmış futbol agenti Jorj Mendeşin müştəriləridir. İddiaya əsasən, fırıldaqçılıq sxeminin müəllifi məhz J.Mendeşdir.
 
Bundan əvvəl "Der Spiegel" Kriştianu Ronaldunun iri məbləğdə vergidən yayınmasına dair məlumat yayıb. Məlumata görə, K. Ronaldu Britaniya Vircin adaları və İsveçrədəki ofşorlar vasitəsi ilə  150 milyon avronu vergidən gizlədib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/495340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR