El-Klassiko: Bu gün "Barselona" və "Real" üz-üzə gələcək

El-Klassiko: Bu gün "Barselona" və "Real" üz-üzə gələcək
08:57 3 Dekabr 2016
163 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə İspaniya çempionatının 14-cü turunda "Barselona" və "Real" klubları üz-üzə gələcək.
"Report" xəbər verir ki, La-Liqanın lideri və Çempionlar Liqasının hazırkı qalibi "Real" mövsümün ilk "El-klassiko"sunu rəqib meydanında keçirəcək.
Hər iki ispan klubu Çempionlar Liqasında 1/8 finala çıxışı özünə təmin edib. Eyni zamanda "Kral klubu" dörd aydır ki, heç bir məğlubiyyətə uğramadan Avropa Superkubokunu qazanmağa macal tapıb.
Kataloniyalılar İspaniya çempionatında artıq iki məğlubiyyətə uğrayıblar, son iki matçı isə heç-heçə başa vurublar.
Son uğursuzluqlara baxmayaraq, "Barselona" ölkə çempionatında ikinci pillədə qərarlaşıb və lider "Real"dan 6 xal geri qalır.
"Real" 13-cü turda yalnız üç dəfə heç-heçə edib, son 6 oyunda isə qalib gəlib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/el-klassiko-bu-gun-barselona-ve-real-uz-uze-gelecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR