Merlər miqrantları qovmaq istəmirlər

Merlər miqrantları qovmaq istəmirlər
08:57 3 Dekabr 2016
52 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın bir sıra şəhərlərinin merləri miqrantların deportasiya edilməsinin əleyhinə çıxış ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Meksikanın paytaxtı Mexikoda keçirilən sammitdə Finiks, Sietl və Vaşinqton şəhərlərinin merləri və Nyu-Yorkun merinin müavini ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın miqrantların deportasiya edilməsinə dair planlarına qarşı çıxıblar.

"Baxmayaraq ki, çoxları miqrantların deportasiya edilməsini istəyir, biz bunu etməyəcəyik", - Finiksin meri Qreq Stenton deyib.

Qeyd edək ki, Tramp öz seçkiqabağı kampaniyası zamanı Meksika ilə sərhəddə miqrantların axınının qarşısını almaq üçün divar tikməyi vəd edib. CBS kanalına müsahibəsində o 3 milyonadək qeyri-qanuni ölkədə yaşayan miqrantları deportasiya etməyi söz verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR