Özbəkistanda yeni prezident seçilir

Özbəkistanda yeni prezident seçilir
09:05 3 Dekabr 2016
64 Dünya
Ölkə mətbuatı
A- A+

Özbəkistanda 115 minə yaxın seçici növbədənkənar prezident seçkilərində erkən səsvermədə iştirak edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, seçkilərə on gün qalmış başlayan erkən səsvermə dekabrın 2-də başa çatıb.
 
Özbəkistan qanunlarına görə, səsvermə günü səs verə bilməyən ölkə vətəndaşları bunu əvvəlcədən etməlidirlər.  Özbəkistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ümumilikdə seçkilərdə 21,5 milyon seçici iştirakı gözlənilir.
 
Özbəkistanda prezident seçkiləri dekabrın 4-də keçiriləcək. Prezident postu uğrunda 4 nəfər mübarizə aparacaq. Bunlar Liberal-Demokrat Partiyasının namizədi, prezident səlahiyyətlərini icra edən Şavkat Mirziyoyev, Milli-Demokrat Partiyasının namizədi Sarvar Otamuradov, Sosial-Demokrat Partiyasının lideri Nariman Umarov və Milli-Demokrat Partiyasının lideri Xotamjon Ketmonovdur.
 
Özbəkistanda olkə başçısı 5 il müddətinə seçilir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR