Play Store

Azərbaycanlılar üçün Rusiya pasportu almaq asanlaşır

Azərbaycanlılar üçün Rusiya pasportu almaq asanlaşır
09:12 3 Dekabr 2016
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident Vladimir Putin hökumətdən, xüsusilə keçmiş SSRİ respublikaları vətəndaşlarının Rusiya vətəndaşlığı alması prosedurunu sadələşdirmək üçün tədbir görməyi xahiş edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.

"Mən dəfələrlə hökumətin diqqətini, xüsusilə keçmiş Sovet İttifaqı respublikalarının müəyyən kateqoriyalı vətəndaşlarının Rusiya vətəndaşlığı alması ilə bağlı məsələlərdə bürokratiyanın maksimum dərəcədə aradan qaldırılmalı olduğuna yönəltmişəm", - deyə "İnterfax" Putinin sözlərini sitat gətirib.

Prezident qeyd edib ki, "buna nail olmaq, o qədər də asan iş deyil, burada təhlükəsizliyin təmin edilməsi ilə bağlı xeyli məsələ var". O, həmçinin əlavə edib ki, mümkün sadələşdirmə müəyyən kateqoriyalı şəxslərə, məsələn yaradıcılıqla məşğul olan peşə sahiblərinə şamil edilməlidir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/495345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR