Dünyanın ən məşhur alimi yatağa düşdü

Dünyanın ən məşhur alimi yatağa düşdü
09:17 3 Dekabr 2016
130 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya şöhrətli 74 yaşlı fizik Stiven Hokinq İtaliyanın paytaxtı Romada xəstəxanaya yerləşdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.

Məlumata görə, səhhətində problem yaranan Hokinq Romada artıq 2-ci gündür xəstəxanada nəzarət altındadır. Həkimlər onun həyatı üçün təhlükənin olmadığını bildiriblər.

1942-ci ildə Böyük Britaniyanın Oksford şəhərində anadan olan Stiven Hokinq kvant fizikası və qara dəliklərlə bağlı araşdırmaları ilə tanınır.

Elmi tədqiqatları 40-dan çox dilə tərcümə edilən Hokinq məşhur alim Albert Eynşteyndən sonrakı ən böyük dahi hesab olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR