Goranboyda 21 yaşlı gənc dəm qazından zəhərləndi

Goranboyda 21 yaşlı gənc dəm qazından zəhərləndi
09:43 3 Dekabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboyda dəm qazından zəhərlənmə olub.

Publika.az xəbər verir ki, rayonun Tapqaraqoyunlu kənd sakini 1995-ci il təvəllüdlü Rüstəm Firuz oğlu Əmiraslanov yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

R. Əmiraslanov dərhal Goranboy rayon mərkəzi xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/178339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR