Uşaq xəstəxanasının şöbə müdiri özünü asdı - Azərbaycanda

Uşaq xəstəxanasının şöbə müdiri özünü asdı - Azərbaycanda
10:05 3 Dekabr 2016
256 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda intihar hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 5:00 radələrində Göyçay şəhərində qeydə alınıb.
 
Şəhərin Sabir küçəsindəki 42 saylı mənzildə yaşayan 1950-ci il təvəllüdlü Fazilov Rafael Mirsadiq oğlu özünü asıb.
 
Uzun illərdir ki, Göyçay rayon Uşaq Xəstəxanasının şöbə müdiri, 42 ildir, həkim işləyən Rafael Fazilovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
 
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
 
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/495376.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR