Şirkətdə baş menecer işləyərək minlərlə telefon oğurladı

Şirkətdə baş menecer işləyərək minlərlə telefon oğurladı
10:22 3 Dekabr 2016
77 Dünya
Ölkə mətbuatı
A- A+

"Apple"ın məhsullarını istehsal edən Tayvanın "Foxconn" şirkəti öz işçilərinə maaşları məhsullar şəklində verməsi aşkar edilməyib.

Lakin bu, Tsay soyadlı baş menecerin şirkət zavodundan 6000-ə yaxın iPhone modelini oğurlamasına mane olmayıb. O, həmin iPhone-ları 2013-2014-cü illər ərzində oğurlamışdır. Onun düşündüyü sxem təmənnasız işləyirdi.

Milli.Az technote.az-a istinadən xəbər verir ki, cinayətkarı daxili auditdən sonra yaxalamaq mümkün olub. İstintaq məlumatlarına əsasən o, məhsulların keyfiyyətinin yoxlanıldığı test şöbəsində çalışıb. Beləliklə o, təcrübələrdən sonra iPhone 5 və iPhone 5s modellərinin məhv edilməməsi barəsində 8 zavodu sözə tutub. Bunun yerinə həmin cihazlar zavoddan çıxarılıb satılırmış. Məlumata əsasən, 2 il ərzində bu üsulla 1 milyon yarım dollar dəyərində 5700 smartfon zavoddan oğurlanıb. Tayvan prokurorluğu "Foxconn"un keçmiş menecerini artıq ittiham edib və onu 10 il azadlıqdan məhrum olma cəzası gözləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR