Azərbaycan Türkiyədəki "STAR" layihəsində 450 mln. dollara qənaət edib

Azərbaycan Türkiyədəki "STAR" layihəsində 450 mln. dollara qənaət edib
10:47 3 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Aliağa rayonunda inşa etdiyi "STAR" neft emalı zavodu üçün 2014-cü ildə imzaladığı 3,3 mlrd. ABŞ dolları həcmində kreditin bugünkü maya dəyərindən 450 mln. dollar aşağıdır. "Report"un "Aliağaekspres.com.tr" saytına istinadən verdiyi xəbərə görə, bu açıqlamanı "Star Rafineri A.Ş."-nin baş direktoru İbrahim Palaz verib. 
Onun sözlərinə görə, 2014-cü ildə imzalanan kredit anlaşması layihənin icrasında 450 mln. dollara qənaət etmək imkanı yaradıb. Kredit anlaşması 15 il müddətinə, 22-si xarici olmaqla toplam 23 bankadan alınıb. Baş direktor, həmçinin SOCAR-ın layihədə 2,4 mlrd. dollar həcmində öz vəsaiti ilə iştirak etdiyini bildirib.
İ.Palaz "STAR" neft emalı zavodunun 2018-ci ilin aprel ayında istehsala başlamasını planlaşdırdıqlarını, hazırda layihənin 78% tamamlandığını vurğulayıb, layihəyə bu günə qədər 3,9 mlrd. dollar sərmayənin yatırıldığını qeyd edib. Neft emalı zavodunun işə başlaması ilə Türkiyənin ildə 2,5 mlrd. dollar vəsaitinin ölkədə qalacağına diqqət çəkilib. Zavod, Türkiyənin ildə 12 mln. ton həcmində olan dizel ehtiyacının yarısını təmin edə biləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycan-turkiyedeki-star-layihesinde-450-mln-dollara-qenaet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR