Bakıda kişi arvadının ondan ayrılmasına dözməyərək özünü bıçaqladı

Bakıda kişi arvadının ondan ayrılmasına dözməyərək özünü bıçaqladı
11:17 3 Dekabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 40 yaşlı kişi arvadının ondan boşanmasına etiraz əlaməti olaraq özünü bıçaqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, 1976-ci il təvəllüdlü Budaqov Rafiq Müzəffər oğlu yaşadığı evdə özünə iki bıçaq zərbəsi vurub. O, hadisə zamanı sərxoş vəziyyətdə olub. R.Budaqov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. R.Budaqovun ilkin dindirilməsi zamanı o, həyat yoldaşının ondan rəsmi şəkildə ayrıldığını deyib. Buna dözməyərək R.Budaqov özünü öldürməyə cəhd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/495389.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR