"Tarif Şurasının son qərarı bu baxımdan qiymətləndirilməlidir"

"Tarif Şurasının son qərarı bu baxımdan qiymətləndirilməlidir"
11:17 3 Dekabr 2016
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan hakimiyyəti bu və ya digər addımı atanda həmişə vətəndaşların və dövlətin maraqlarını öndə tuturlar.

Milli.Az xəbər verir ki, bunu Day.Az-a açıqlamasında Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Tarif (qiymət) Şurasının noyabrın 28-də ölkədə qaz və elektrik enerjisi tariflərinin qaldırılması barədə qərarını şərh edərkən bildirib.

Millət vəkilinin fikrincə, Azərbaycan vətəndaşları öz dövlətinin müstəqilliyi barədə düşünməli, baş verənləri dərk etməli və hökumətin dünyada gedən proseslərə reaksiyasını düzgün qiymətləndirməldirlər: "Tarif Şurasının son qərarı da bu baxımdan qiymətləndirilməlidir".

"Qeyd etmək lazımdır ki, bu qərar qəbul olunarkən əhalinin aztəminatlı hissəsinin maraqları nəzərə alınıb. Qiymətlər qalxıb, amma dövlət differensial yanaşma tədbiri görüb ki, bu vətəndaşların çoxuna təsir etməsin. Onlar heç cür zərər görməyəcəklər," - deyə B.Sadıxov əlavə edib.

Pünhan Mirzə
Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/495385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR