Bakıda tapança ilə gəzən keçmiş məhkum tutulub

11:03 6 Yanvar 2015
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda silahla gəzən keçmiş məhkum tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Rəşad Hüseynov saxlanılıb.

Saxlanılan zaman onun üzərindən 0,362 qram heroin, 1 ədəd nömrəsi silinmiş 7,65 mm çaplı “Mauzer” markalı tapanca və ona aid 8 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2350115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR