Dolların məzənnəsi azalmağa başlayıb - Türkiyədə

Dolların məzənnəsi azalmağa başlayıb - Türkiyədə
11:22 3 Dekabr 2016
486 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə ABŞ dolların məzənnəsi dünən, dekabrın 2-də 3,5966 TRY/USD - tarixi rekord səviyyəsinə yüksəldikdən sonra azalmağa başlayıb. 

Milli.Az report-a istinadən xəbər verir ki, dekabrın 2-də səhər saatlarında Türkiyə prezidenti R.T.Ərdoğanın faizləri endirmək zərurəti ilə bağlı açıqlaması son günlər, onsuz da, yüksələn dolların məzənnəsini sərt şəkildə artırıb. Açıqlamadan sonra dollar 2,7%-dək artdıqdan sonra əhali və investisiya fondlarının mənfəət məqsədli satışları ilə geriləməyə başlayıb və günü 0,5% artımla 3,52 TRY/USD səviyyəsində bitirib.

Report-un analitik qrupu dolların məzənnəsinin 3,40 TRY/USD-yə kimi gerilədikdən sonra 2016-cı ili 3,45 TRY/USD səviyyəsinə yaxın bitirəcəyini proqnozlaşdırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR