Lerikdə 100 yaşayış məntəqəsi işıqsız qalıb

Lerikdə 100 yaşayış məntəqəsi işıqsız qalıb
11:24 3 Dekabr 2016
71 Digər
Ölkə mətbuatı
A- A+

Lerik rayonunda ötən gündən başlayan güclü külək davam edir.

 

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, külək əsasən rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub. Nəticədə rayonun ayrı-ayrı ərazilərindən onlarla elektrik dirəyi aşıb, xətlər qırılıb, nəticədə işıqsız qalan yaşayış məntəqələrinin sayı yüzə çatıb. Güclü külək davam etdiyindən hələlik təbii fəlakətin qarşısını almaq üçün tədbirlər görülməsi mümkün deyil.

 

Ötən gecə güclü külək Astara rayonunun Şiyəkəran kəndində də bir sıra fəsadlar törədib.

 

Qeydə edək ki, dünən günorta saatlarından başlayan, axşam daha da güclənən külək nəticəsində rayonun yüksək gərginlikli Şingədulan ərazi elektrik paylayıcı xəttində 4 dayaq aşıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261346

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR