"Parlaq Zəka" intellektual oyunu üzrə məktəblilərarası çempionatın qalibləri bəlli oldu - FOTO

"Parlaq Zəka" intellektual oyunu üzrə məktəblilərarası çempionatın qalibləri bəlli oldu - FOTO
11:42 3 Dekabr 2016
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından 2016-cı il üzrə keçirilən 3-cü qrant müsabiqəsinin qalibi olan "Parlaq Zəka" intellektual oyunu üzrə məktəblilərarası çempionat" layihəsinin Final oyunu keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, "Azərbaycan" İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə keçirilən layihənin seçim turlarında Bakı şəhərini əhatə edən 4 rayon məktəblərindən ümumilikdə 100 iştirakçı faydalanıb.

Milli.Az bildirir ki, Xəzər, Suxaranı, Sabunçu, Nizami rayonları üzrə seçim turlarında iştirak edən ümumilikdə 20 məktəbi təmsil edən şagirdlər tarix, coğrafiya kimi humanitar biliklərə əsaslanan ümumidünyagörüşü və məntiqi bilikləri əhatə edən "Parlaq Zəka" intellekt şousu formatında keçirilən oyunda öz bilik və bacarıqlarını sınayıblar.

Nizami rayonunu təmsil edən 229 saylı məktəbin komandası 3-cü yer,Sabunçu rayonu 67 saylı məktəbin komandası 2-ci yer,Suraxanı rayonunu təmsil edən 278 saylı məktəbin komandası isə birinci yerə sahiblənərək çempionatı başa vurublar.

Qaliblər sertifikat medal və kuboklarla təltif olunublar.

İnformasiya dəstəyi Trend.az, Day.Az və Milli.Az




















Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR