Bakıda peşəkar oğru ələ keçdi – 44 telefon oğurlayıb

Bakıda peşəkar oğru ələ keçdi – 44 telefon oğurlayıb
11:49 3 Dekabr 2016
66 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda oğurluqla məşğul olan şəxs ələ keçib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 29-da Bakı şəhər sakini Rasim Vəliyevə məxsus mağazadan 24 ədəd mobil telefon, 2 ədəd noutbuk və yaddaş kartları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Şahin Hacıyev tutulub.

 

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 31-dən noyabrın 22-dək olan müddətdə daha 3 mağazadan və 6 evdən pul, ərzaq məhsulları, tütün məmulatı, təmir-tikinti alətləri, 20 ədəd mobil telefon və aksessuarlarını oğurlaması da müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261351

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR