Azərbaycanda əhalinin banklara nağd rubl təklifi azalıb

Azərbaycanda əhalinin banklara nağd rubl təklifi azalıb
12:07 3 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində bu ilin oktyabr ayında kommersiya banklarına xalis rubl satışı 849,136 mln. təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, əhali 2016-cı ilin ilk 10 ayında kommersiya banklarına 6 907,8 mln. rubl xalis satış həyata keçirib. Sentyabr ayında əhali banklara 903,672 mln. rubl xalis satış reallaşdırıb. Bununla da sentyabrda əhalinin kommersiya banklarına xalis rubl satışı avqust ayı ilə müqayisədə 6% azalıb.
Keçən ilin oktyabr ayında kommersiya banklarının əhalidən xalis rubl alışı isə 734,906 mln. təşkil edib.
"Report"un analitik qrupu qeyd edir ki, əhalinin xalis rubl satışının azalmasına əsas səbəb kimi turizm mövsümünün bitməsi göstərilir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-ehalinin-banklara-rubl-teklifi-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR