Nazir: "Sanksiyaların uzadılması ABŞ-a qarşı etimadsızlığa səbəb olacaq"

Nazir: "Sanksiyaların uzadılması ABŞ-a qarşı etimadsızlığa səbəb olacaq"
12:17 3 Dekabr 2016
48 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ tərəfindən sanksiyaların müddətinin uzadılması dünya icitmaiyyətinin ABŞ-a qarşı etimadsızlığına səbəb olacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri İrana tətbiq olunan sanksiyaların uzadılması barədə qərarı şərh edən xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

ABŞ-ın indiki prezidenti Barak Obama Konqresin qəbul etdiyi İrana tətbiq olunan sanksiyaların 10 il müddətinə uzadılması barədə qanunu imzalamağa hazırlaşır.

İranlı nazir: "Əgər ABŞ prezidenti sanksiyaları uzatsa, bunun heç bir təsiri olmayacaq, amma dünya ictimaiyyəti tərəfindən ABŞ etibarsız tərəfdaş kimi qəbul olunacaq".

Onun sözlərinə görə, bu sanksiyalar İranın digər dövlətlərlə münasibətlərinə təsir göstərməyəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495402.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR