Azərbaycan-Gürcüstan sərhədini keçən avtomobildə 1,5 min ədəd pirotexniki vasitə aşkarlanıb

Azərbaycan-Gürcüstan sərhədini keçən avtomobildə 1,5 min ədəd pirotexniki vasitə aşkarlanıb
12:32 3 Dekabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 
DGK-dən "Report"a daxil olan xəbərə görə, yoxlama baxışı Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında reallaşdırılıb. 
Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 1 480 ədəd pirotexniki vasitələr aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-gurcustan-serhedini-kecen-avtomobilde-1-5-min-eded-pirotexniki-vasite-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR