Elmar Məmmədyarov: "Əfqanıstan üzrə regional əməkdaşlığın “İstanbul prosesi” ilə bağlı görüşlər 2017-ci ildə Azərbaycanda keçiriləcək"

Elmar Məmmədyarov: "Əfqanıstan üzrə regional əməkdaşlığın “İstanbul prosesi” ilə bağlı görüşlər 2017-ci ildə Azərbaycanda keçiriləcək"
12:57 3 Dekabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Türkiyə və Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir.
"Report"un məlumatına görə, bunu bu gün Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu ilıə keçirilən görüşdən sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.
"Biz görüşdə regional məsələləri müzakirə etdik. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəni müzakirə etdik. Bu yaxınlarda Rusiya XİN başçısı Sergey Lavrov Türkiyəyə səfər etdi və orada da Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub", - deyə nazir bildirib.
E. Məmmədyarov əlavə edib ki, gələn həftə xarici işlər nazirləri səviyyəsində NATO - nun iclası keçiriləcək: "Əfqanıstan üzrə regional əməkdaşlığın “İstanbul prosesi” ilə bağlı xəbərdarsınız. Hər bir ölkə müəyyən öhdəliyini öz üzərinə götürüb və biz qərar aldıq ki, 2017-ci ildə bu proses çərçivəsində görüşlər Azərbaycanda keçiriləcək".
Azərbaycanlı nazir həmçinin lavaşın UNESCO-nun maddi irs siyahısına daxil olmasından da danışıb. O, bildirib ki, ermənilərin lavaşı özünküləşdirməsinin qarşısı almaq üçün Azərbaycan və Türkiyə birgə olaraq lavaşı bir neçə ölkənin maddi irs kimi tədim etməyə qərar verilib.
E.Məmmədyarov BTQ layihəsi barədə danışarkən bildirib ki, gələn ilin əvvəlində bu layihənin tamamlanması gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/efqanistan-uzre-regional-emekdasligin-i-stanbul-prosesi-uzre-gorusler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR