Təyyarə qəzasından sonra ortaya çıxdı - Qadın pilot... - FOTO

Təyyarə qəzasından sonra ortaya çıxdı - Qadın pilot... - FOTO
13:05 3 Dekabr 2016
1437 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanı dəhşətə gətirən dəhşətli təyyarə qəzasıyla bağlı yeni məlumatlar yayılmağa başlayıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, "Copa Sudamerica"nın finalını oynamaq üçün Kolumbiyaya "uçan" Braziliyanın "Chapecoense" klubunun oyunçularının qəzaya uğradığı təyyarənin qadın pilotuyla bağlı yeni məlumatlar var. 

Kolumbiyaya ilk uçuşunu edən 29 yaşlı ikinci pilot Sisi Arias da olub. 

Faciəvi qəzadan öncə təyyarənin kabinasında çəkilmiş reportajın görüntüləri yayılıb. Reportaj zamanı Sisi Arias Braziliya klubunu final oyununa aparan təyyarənin pilotu olduğu üçün qürur duyduğunu deyib. 

Qeyd edək ki, Sisi, eyni zamanda, Kolumbiyada modelliklə də məşğul olurmuş.

Xatırladaq ki, 72 sərnişin, 9 ekipaj üzvündən 77 nəfər bu dəhşətli qəzada həyatını itirib, 4-ü sağ qalıb.

Təhməz Təkin
Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR