Böyük ümidlərlə Fox TV-yə transfer olunan "Möhtəşəm yüz il: Kösəm" reytinqdə bir qədər də geriləyib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu mövsüm Nurgül Yeşilçay, Metin Akdülger, Fərəh Zeynəb Abdullahın daxil olduğu serial ümidləri doğrultmayıb. Total-da 2-ci olan ekran işi keçən mövsüm ilk onluqda olduğu AB reytinqdə də uğursuzluğa düçar olub.
Total-da dünənin lideri isə yenə də Əmrah və Burcu Kıratlının baş rolda olduğu "Aşk ve Mavi" serialı olub. Lakin AB reytinqdə eyni uğur təkrarlanmayıb, "Aşk ve Mavi" 10-cu olub.
Total reytinqdə 7-ci olan "Kiralık aşk" isə, AB-də bütün serialları qabaqlayaraq 3-cü olub.
Total- bütün auditoriyaları əhatə edən ümumi reytinq
AB - xüsusi auditoriya (yüksək ali savadlı təbəqə)