Gürcüstandan gələn Azərbaycan vətəndaşında 5 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib

Gürcüstandan gələn Azərbaycan vətəndaşında 5 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib
13:12 3 Dekabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sadıxlı” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 
DGK-dən "Report"a daxil olan məlumata görə, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 5 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gurcustandan-gelen-azerbaycan-vetendasinda-5-600-eded-muxtelif-markali-siqaretler-askar-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR